ABŞ-də təyyarə qəzası | Hava limanında həyəcanlı anlar
Yeniliklərdən dərhal xəbərdar olun
Nyu-York şəhərində fəaliyyət göstərən "La Quardiya" Beynəlxalq Hava Limanında böyük həyəcana səbəb olan ciddi avia-insident yaşanıb. "Delta Air Lines Endeavour Air" aviaşirkətlər qrupuna məxsus iki sərnişin təyyarəsi yerdə, M və A zolaqlarının kəsişməsində toqquşub. Roanok (Virciniya) şəhərinə uçan 5155 saylı reysin qanadı Şarlottadan (Şimali Karolina) gələn 5047 saylı hava gəmisinin burun hissəsinə toxunub. Qəzanın aşağı sürətlə baş verməsinə baxmayaraq, hadisə zamanı təyyarələrdə olan 93 nəfərdən 2 sərnişinin xəsarət aldığı bildirilir. Hazırda ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) bu təyyarə qəzasının səbəblərini dərindən araşdırır. Bu hadisə hava limanının normal iş rejimini pozaraq ciddi narahatlıq yaratmışdır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
