ABŞ-də Trampla bağlı ilkə imza atıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Nyu-York məhkəməsinin hakimləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp barəsində ittiham aktı çıxarıblar.
Bu barədə CNN xəbər verir. Məlumata görə, o, 2016-cı il prezident seçkiləri ərəfəsində aktrisa Stormi Danielsə 130 min dollar ödəməkdə ittiham olunur.
Qeyd edilib ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər. İttihamnamənin yaxın günlərdə rəsmən açıqlanacağı bildirilib. Sabiq prezidentin özü isə məsələyə hələ münasibət bildirməyib.
Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən yaxın münasibəti gizləmək üçün pul alıb. Manhetten prokuroru isə ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
