ABŞ-dən açıq mesaj | Cey Di Vens ABŞ-nin şərtlərini xatırlatdı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
"Əgər Tehran Hörmüz boğazını açmasa, Vaşinqton atəşkəs şərtlərinə əməl etmək niyyətində deyil".
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Biz hesab edirik ki, boğazın açılmasına dair əlamətlər var. ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirdi ki, biz atəşkəs və danışıqlar barədə razılığa gəlmişik. Biz buna hazırıq, onlar isə, öz növbəsində, boğazı açmalıdırlar. Əgər bu, baş verməsə, əgər İran razılaşmanın özünə aid hissəsinə əməl etməsə, o zaman Prezident də razılaşmanın özünə aid hissəsinə əməl etməyəcək", – deyə Cey Di Vens bildirib.
O həmçinin qeyd edib ki, əgər Tehran xoş niyyətlə danışıqlar apararsa, ABŞ İrandan uranın zənginləşdirilməsindən imtina etməsi ilə bağlı tələblərinə düzəlişlər etməyə hazırdır.
Vens həmçinin vurğulayıb ki, Vaşinqton Tehrana Livanın atəşkəs rejiminə daxil edilməsi ilə bağlı vəd verməyib və tərəflər arasında anlaşılmazlıq mövcuddur.
"Güman edirəm ki, İranda atəşkəsin Livana aid olduğunu düşünüblər, lakin bu, belə deyil. Biz heç vaxt belə vədlər verməmişik. Biz demişik ki, atəşkəs İrana, ABŞ-nin müttəfiqlərinə, İsrailə və Fars körfəzinin ərəb ölkələrinə aid olacaq", – deyə Vens bildirib.
Bununla belə, o əlavə edib ki, İsrail tərəfi Livandakı fəaliyyətlərini məhdudlaşdırmağı təklif edib. Vitse-prezidentin sözlərinə görə, İsrail bu yolla İran və ABŞ danışıqlarının uğurla nəticələnməsi üçün şərait yaratmağa çalışır.
#Cey Di Vens teqi istifadə olunub
- ABŞ husilərlə bağlı hadisələrin inkişafını diqqətdə saxlamağa davam edəcəyini açıqlayıb
- Vens İrana qarşı mümkün təxribat əməliyyatlarından danışıb
- ABŞ-nin İranla müharibə planında əsas məqsədinin nə olduğu bildirildi - Baku TV
- Trampın siyasi irsi uğrunda mübarizə | Respublikaçılar Partiyası Vensi hədəfə aldı
- Trampın Türkiyə səfəri İsraili narazı salıb? | Bölgədə vəziyyət necə olacaq? - Baku TV
