ABŞ-dən dünyaya mesaj | Kimlərə qarşı sərt tədbirlər görüləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiyasından sonra qəbul edilən qərara əsasən, qanunsuz olaraq ölkəyə daxil olan immiqrant qruplarının bir hissəsi yanvarın 24-ü hərbi təyyarələrlə ölkədən deportasiya edilib.
Bu barədə Ağ Evin sosial media hesablarında paylaşım edilib.
“ABŞ Prezidenti Donald Trampın söz verdiyi kimi, qanunsuz immiqrasiya ilə bağlı sərt tədbirlər həyata keçirilir.
ABŞ-yə qanunsuz daxil olan şəxslərin ciddi nəticələrlə üzləşəcəyi barədə dünyaya güclü mesaj göndərilib”, – postda qeyd olunub.
“CBS News”da isə bildirilib ki, 1041 nəfər ölkədən çıxarılaraq öz vətəninə qaytarılıb, 538 qeyri-qanuni immiqrant cinayətkar həbs edilib. Tramp administrasiyası gecə ərzində iki uçuş olduğunu bildirib. İki mənbəyə görə, hər ikisi Qvatemalaya yola düşüb.
Əlavə olunub ki, bu proses geniş miqyasda davam etdiriləcək.
#ABŞ teqi istifadə olunub
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
- Vaşinqton və Tehran arasında buzlar əriyir?
- Tramp Tehranla təmasların məzmunu barədə ətraflı məlumat verməyib
- Körfəzdə növbəti insident: İran qüvvələri Amerika PUA-sını zərərsizləşdirdi - Baku TV
- Kiyev mümkün razılaşmalarla bağlı rəsmi təkliflərini ABŞ tərəfinə təqdim etdi - Baku TV CANLI
