Pleyeri seçin:

ABŞ-dən Ermənistana pis xəbər | Trampın qayıdışı ilə yer yerindən oynayacaq

26 noyabr 2024 604 baxış

“ABŞ Ermənistana dəstəyi kəskin şəkildə azalda bilər, xüsusən də Amerikanın erməni icmasının son prezident seçkilərində demokratların namizədi Kamala Harrisi dəstəklədiyini nəzərə alsaq”.

Bu sözləri Stenford Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Artur Xaçikyan “Sputnik”ə açıqlamasında deyib.

O bildirib ki, artıq bütün dünyada milli-vətənpərvər qüvvələr qalib gəlir, lakin indiki Ermənistan hakimiyyəti qlobal siyasi prosesləri başa düşmür və neoliberal ideyaları təbliğə davam edir.

Onun sözlərinə görə, neoliberalizm ABŞ iqtisadiyyatının çökməsinə gətirib çıxarıb, ştatlar identikliyini itirib, ölkə ağır miqrasiya vəziyyəti ilə üz-üzə qalıb: “ABŞ-də Bayden administrasiyasının Çin siyasətinin yanlış olduğunu da başa düşürlər. Xüsusilə, demokratlar əmin idilər ki, çinlilər varlanmaq imkanı olduğu halda “amerikalı” ola bilərlər. Lakin onların xarici siyasəti uğursuz oldu: Çin ayağa qalxdı və ABŞ üçün ən böyük təhlükəyə çevrildi”.

A.Xaçikyan erməni diasporunun Kamala Harrisi dəstəkləməyinin Ermənistana təsirsiz ötüşməyəcəyini vurğulayıb: “Donald Trampın yeni administrasiyasından Ermənistana pis xəbərim var: yeni komandanın Ermənistana qarşı ciddi münasibəti yoxdur. Bax, Ermənistanın Vaşinqtondan aldığı mesaj budur: Baş nazir Paşinyanı qlobalist sayırlar, uduzan Kamala Harrisi dəstəkləyən şəxs hesab edirlər. Onu Vaşinqtonda heç kim gözləmir. Diasporumuzun nümayəndələri isə Tramp administrasiyasında qəbul edilmir, çünki biz yenə səhv hesabladıq”.

O, Ermənistanın özünü təcrid vəziyyətinə sala biləcəyindən, xüsusən də Tramp administrasiyasına azərbaycanlı lobbiçilərin daxil olması şansından ehtiyat etdiyini xatırladıb: “İndi də ABŞ-də erməni tərəfinin nümayəndələri sağa-sola qaçır, kiminləsə əlaqə saxlamağa, görüşməyə can atırlar, amma onları qəbul etmirlər”.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 604 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 604 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 604 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 604 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 604 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 604 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 604 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 604 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 604 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 604 baxış
Seçilmişlər
icon