ABŞ-dən gözlənilməz qərar | Faciəvi hadisədən sonra Venesuela üçün hansı plan işə salındı? - Baku TV
ABŞ Maliyyə Nazirliyi Venesuelada baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar maliyyə əməliyyatlarına tətbiq olunan məhdudiyyətləri müvəqqəti olaraq ləğv edib.
Nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin yaydığı məlumata görə, müvafiq baş lisenziya 23 oktyabr tarixinədək qüvvədə olacaq.
Sənəddə qeyd olunur ki, güzəşt Venesuelaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində normalda qadağan olunan, lakin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün humanitar yardım və bərpa işləri ilə bağlı bütün əməliyyatlara şamil edilir.
Qeyd edək ki, iyunun 24-də Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb. Təbii fəlakətdən sonra bir sıra ölkələr və beynəlxalq təşkilatlar Venesuelaya yardım göstərəcəklərini açıqlayıblar.
#ABŞ Maliyyə Nazirliyi teqi istifadə olunub
- İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI
- Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir
- ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV
- ABŞ-nin irəli sürdüyü tələb mümkün razılaşmanın taleyini dəyişə bilər - Baku TV
- ABŞ-nin dövlət borcu ilə bağlı məlumatlar yalandır?
