ABŞ-dən Hindistana qarşı təcili tədbir | Rusiya ilə yaxınlıq aranı qarışdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Hindistana qarşı 25%-lik tarifin tətbiq edilməsi barədə qanunu imzalayıb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilir ki, buna səbəb Hindistanın Rusiyadan neft almağa davam etməsidir.
Bundan başqa, Ağ Ev ABŞ-nin Rusiya neftini alan digər ölkələrə də tarif tətbiq etməyə hazır olduğunu bilidirib. Hətta Rusiya neftinin vasitəçilər və ya üçüncü ölkə yolu ilə dolayı yolla alınması da tarif vergilərinin alıcı ölkələrə tətbiq olunmasına səbəb ola bilər.
Qeyd edək ki, Putin və Uitkoff Moskvadakı Kreml sarayında görüşüblər. Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Moskvada jurnalistlərə Putin və Uitkoff arasındakı görüşü dəyərləndirib. Təxminən üç saat davam edən görüşün əhəmiyyətini vurğulayan Uşakov görüşün kifayət qədər faydalı və konstruktiv keçdiyini qeyd edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
