Pleyeri seçin:
ABŞ-dən Türkiyəyə F-16 şərti
ABŞ Prezidenti Co Baydenin administrasiyası F-16 qırıcılarının satışı ilə Türkiyəyə şərt qoyub.
Söhbət Ankaranın İsveç və Finlandiyanın NATO-ya daxil olması üçün müraciətləri təsdiqləməsindən gedir. Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland məlumat verib.
“Biz bunu türkiyəli müttəfiqlərimizə demişdik. Yəqin ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına dair sənədləri ratifikasiya etdikdən sonra F-16-ların satışına daha müsbət yanaşılacaq”, - deyə Nuland bildirib.
Qeyd edək ki, bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün dəstək gözləməməlidir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
- Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- İranın irəli sürdüyü tələblərlə Vaşinqton razılaşacaqmı?
- Vaşinqtondan Ukrayna mesajı
