ABŞ Fordodakı nüvə obyektlərinə zərbələr endirdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranın uranı zənginləşdirən obyektlərini tamamilə məhv edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdən müraciəti zamanı bildirib.
“Bu gecə mən dünyaya deyə bilərəm ki, bu zərbələr möhtəşəm hərbi uğurdur. İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektləri tamamilə məhv edilib”, – deyə D.Tramp bildirib.
“İndi İran sülh bağlamalıdır”, – deyən D.Tramp İranda hələ çox hədəf qaldığını və sonrakı hücumların daha da dağıdıcı ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç ən böyük nüvə obyektini bombalamasından iki saat sonra xalqa müraciət edib.
O, Fordo, Natanz və İsfahanın hərbi uğur nəticəsində tamamilə məhv edildiyini bildirib:
“Belə davam edə bilməz. İran üçün ya sülh, ya da faciə olacaq”.
O, ABŞ və İsrail hərbçilərinə təşəkkür edib: “Bu gün etdiyimizi başqa heç bir ordu edə bilməzdi”.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
