Pleyeri seçin:

ABŞ hərbi əməliyyatın xərclərini ərəb ölkələrindən almaq istəyir

31 mart 2026 447 baxış

ABŞ Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb dövlətlərinin ödəməsində maraqlıdır.

Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib.

"Düşünürəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp onları buna təşviq etməkdə çox maraqlı olardı. Bu məsələdə ABŞ liderindən önə keçməyəcəyəm. Amma əminəm ki, onun bu fikri var", – deyə o, Vaşinqtonun ərəb ölkələrinin İrana qarşı əməliyyatını maliyyələşdirməsini istəyib-istəməməsi sualına cavab olaraq bildirib.

O, ABŞ administrasiyasının rəhbərinin daha sonra bu məsələ ilə bağlı özü şərh verəcəyinə söz verib. Həmçinin Ağ Evin sözçüsü ABŞ-İran danışıqları barədə suala da aydınlıq gətirib.

“ABŞ və İran arasında danışıqlar hələ də davam edir və çox yaxşı gedir. Qalan rejim nümayəndələrinin dağıntılara son qoymaq və hələ də fürsətləri olduğu müddət ərzində danışıqlar masasına gəlmək üçün getdikcə daha çox can atması təəccüblü deyil. Danışıqlar davam edir və əlbəttə ki, açıq şəkildə deyilənlər bizə şəxsi olaraq deyilənlərdən çox fərqlidir", – deyə Livitt əlavə edib.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 447 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 447 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 447 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 447 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 447 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 447 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 447 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 447 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 447 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 447 baxış
Seçilmişlər
icon