ABŞ hökumətindən "Azadlıq Radiosu" barədə qərar | Sərəncamın detalları
“Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.
Bu barədə korporasiyanın prezidenti Stiven Kapus müvafiq bəyanat yayıb.
ABŞ Prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb.
Agentliyin məktubunda “Azadlıq radiosu”nu maliyyələşdirən ABŞ Konqresinin təsdiq etdiyi qrantın dayandırılmasından bəhs edilib.
Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və “Amerikanın Səsi” radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb.
#ABŞ teqi istifadə olunub
- ABŞ Prezidentinin Davosdakı açıqlamaları Avropada narazılıq yaradıb - Baku TV
- İran rəsmisindən açıqlama | ABŞ-nin istənilən hücumuna sərt cavab veriləcək - Baku TV CANLI
- Vaşinqton Kanadanın bu əyalətini hədəfləyir? - Baku TV CANLI
- İranlı rəsmidən Vaşinqtona sərt cavab - Baku TV CANLI
- Hakan Fidan ABŞ-nin Yaxın Şərq planlarından danışdı - Baku TV CANLI
