ABŞ ilə İran arasında gərginlik artır
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 28-də İraqda İrana bağlı “İslam Müqavimət” qruplaşmasının ABŞ-nin İordaniyadakı hərbi bazasına pilotsuz uçuş aparatı ilə hücumu Vaşinqtonla Tehran arasındakı gərginliyi daha da qızışdırıb.
Hadisənin ardından ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi “Biz İranla müharibəyə maraqlı deyilik, lakin cavab verəcəyik. Vəziyyətin tonu artıq dəyişib”, – deyə bildirib. Artıq Qərb mətbuatında da Bayden admnistrasiyasının ABŞ-nin Yaxın Şərqdə hərbi əməliyyatlara başlamasına icazə verəcəyinə dair siqnallar verilir.
Əslində ABŞ ilə İran arasında gərginlik 1950-ci ildən başlayır. ABŞ-nin mövqelərini ilk növbədə iqtisadi əsaslar üzərində, xüsusilə də neft hasilatı əsasında möhkəmləndirmək niyyəti bu iki dövləti tarixən üz-üzə qoyub.
Doğrudur, İran İslam İnqilabından sonrakı dövr ərzində tərəflər arasında açıq müstəvidə müharibə olmayıb. Lakin hazırda Vaşinqtonla Tehran arasındakı gərginliyin meydanı və qurbanı digər ölkələrdir.
Maraqlıdır, bu vəziyyət Üçüncü Dünya müharibəsi ilə nəticələnə bilərmi?
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
