ABŞ ilə münasibətlərin normallaşması Rusiya üçün prioritet məsələdir
Yeniliklərdən dərhal xəbərdar olun
Kreml rəhbəri Vladimir Putin çıxışında ABŞ ilə tamhüquqlu münasibətlərin bərpasının Rusiyanın milli maraqlarına uyğun olduğunu və xarici siyasət üçün prioritet məsələ təşkil etdiyini bəyan edib. Putin Ukrayna münaqişəsinin baş verməsinin əsas səbəbi kimi NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını göstərib və Moskvanın alyansa iki dəfə üzvlük müraciətinin rədd edildiyini xatırladıb. Rusiya lideri müharibənin davam etdirilməsinə görə əsas məsuliyyətin Avropanın üzərinə düşdüyünü vurğulayıb. O, həmçinin, Donald Trampın hakimiyyətdə olacağı təqdirdə Ukrayna müharibəsindən qaçmaq mümkün olacağı ilə bağlı fikirlərini təkrarlayaraq, Trampın düzxətli siyasətinə rəğbət bəslədiyini bildirib. Putin sonda Rusiya və ABŞ arasında fikir ayrılıqlarının təbii olduğunu qeyd edərək, əlaqələrin bərpasının rasional addım olduğunu vurğulayıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
