ABŞ İran əməliyyatı zamanı bu dronların 20 faizini itirib
ABŞ Ordusu İrana qarşı həyata keçirilən hərbi əməliyyat zamanı "MQ-9 Reaper" tipli ağır kəşfiyyat-zərbə pilotsuz uçuş aparatlarının təxminən 20 faizini itirib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, fevralın sonundan davam edən döyüşlər zamanı İran ABŞ-yə məxsus ikidən çox "MQ-9 Reaper" dronunu məhv edib. Bu göstərici Pentaqonun müharibədən əvvəlki ehtiyatlarının təxminən beşdə birinə bərabərdir.
Agentlik qeyd edir ki, bir "MQ-9 Reaper" pilotsuz aparatının dəyəri 30 milyon dollara çatır. Bu dronlar yüksək texnologiyalı sensor və kameralarla təchiz olunub, həmçinin "Hellfire" raketləri və JDAM tipli idarəolunan aviabombalar daşıya bilir.
"Bloomberg"in məlumatına əsasən, zədələndikdən sonra istismardan çıxarılan aparatlarla birlikdə ABŞ ümumilikdə 30-a yaxın "MQ-9 Reaper" itirmiş ola bilər.
Agentlik vurğulayır ki, dəymiş ümumi zərərin həcmi 1 milyard dollara çata bilər.
#ABŞ Ordusu teqi istifadə olunub
- Ölən ABŞ hərbçilərinin sayı rəsmi rəqəmdən çoxdur?
- Pentaqon kütləvi istehsala uyğun silahlara üstünlük verməyə başlayır
- ABŞ-nin xüsusi təyinatlıları Hörmüz boğazında nə axtarır? - Baku TV CANLI
- "Bu dəfə də gözlərini göyə diksinlər" | İrandan ABŞ-yə genişmiqyaslı cavab anonsu - Baku TV
- ABŞ Ordusunun bu zərbəsi İranla gərginliyi daha da artırdı - Baku TV CANLI
