Pleyeri seçin:

185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

22 sentyabr 2026 254 baxış

“Hərbi xronika”nın budəfəki buraxılışında İranın “Shahed-136” PUA-larından Rusiyanın yeni nəsil “Geran-4” və “Geran-5” dronlarına qədər baş verən texnoloji dəyişikliklər təhlil olunub.

Bildirilib ki, 2022-ci ildə Rusiyanın istifadə etməyə başladığı “Shahed-131” və “Shahed-136” PUA-ları əsasən ucuzluğu, uzaqmənzilliliyi və böyük sayda tətbiq oluna bilməsi ilə seçilirdi.

Sonrakı mərhələdə bu platformalar Rusiyada “Geran” adı altında təkmilləşdirilib, mühərrik, naviqasiya, rabitə və döyüş başlığı sistemlərində dəyişikliklər aparılıb. İstehsalın əsas mərkəzlərindən biri Tatarıstandakı Alabuqa xüsusi iqtisadi zonası olub.

Qeyd olunub ki, Rusiya PUA-ların radioelektron mübarizəyə davamlılığını və sürətini artırmaq üçün yeni texnologiyalara keçib. Əvvəlki “Geran” modellərindən fərqli olaraq reaktiv mühərriklə təchiz olunan “Geran-4” və “Geran-5” daha yüksək sürət imkanlarına malikdir.

Ukrayna kəşfiyyatının məlumatına görə, “Geran-5” Çin istehsalı “Telefly TF-TJ2000A” turbojet mühərriki ilə təchiz olunub, 450–600 km/saat sürətlə hərəkət edə və 950 kilometrədək məsafə qət edə bilir.

Bildirilib ki, “Geran” proqramında əsas dəyişikliklərdən biri baş verib: əvvəlcədən müəyyənləşdirilmiş koordinatlara uçan nisbətən sadə kamikadze PUA-sı daha mürəkkəb rabitə, naviqasiya və sensor sistemləri ilə təchiz olunan platformaya çevrilir.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 254 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 254 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 254 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 254 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 254 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 254 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 254 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 254 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 254 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 254 baxış
Seçilmişlər
icon