Ukraynanın Rusiyanı sarsıdacaq yeni planı ifşa olundu | Müharibədə gözlənilməz gediş
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna yeni nəsil pilotsuz uçuş aparatları üzərində işləyir.
Ovçu dronların hazırlanmasında məqsəd düşmən PUA-larının müəyənləşdirilməsi və zərərsizləşdirilməsidir.
“Bloomberg”in məlumatına görə, Ukraynanın əsas hədəfi Rusiyanın istifadə etdiyi İran istehsalı “Shahed” dronlarıdır. Hazırda sırf bu PUA-ların məhv edilməsini təmin edəcək dronlar hazırlanır.
Latviyanın “Origin Robotics” şirkəti də Ukraynaya öz dronlarını göndərir. Bu dronların əsas xüsusiyyəti düşmən PUA-larının yanında partlamaqdır.
Bu yolla PUA hücumlarının qarşısı alınır. Yeni PUA-lara gəlincə isə Ukraynanın 3 şirkəti müasir dronlar hazırlayır. Bu PUA-ların qiyməti 300 dollardan 5 min dollaradək dəyişir.
Ümumiyyətlə, Ukraynanın Rusiyada həyata keçirdiyi “Hörümçək toru” əməliyyatı müharibələrdə dronların əhəmiyyətli olduğunu bir daha təsdiqləyib.
#Ukrayna teqi istifadə olunub
- Donald Tusk: "Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək"
- Rusiya Ukraynanın atəşkəs təklifinə nə cavab verəcək? - Baku TV CANLI
- Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?
- Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub - Baku TV
- Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək
