Pleyeri seçin:
Rusiya Ordusu xilasediciləri atəşə tutdu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu iyunun 21-nə keçən gecə Ukraynaya 33 İran istehsalı olan “Shahed” pilotsuz uçuş aparatı ilə hücum edib.
Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib ki, onlardan 30-u məhv edilib. Ölkə Prezidenti Volodimir Zelenski də məlumatı təsdiqləyib.
V.Zelenski həmçinin bildirib ki, ötən gecə ukraynalı xilasedicilər Rusiya Ordusu tərəfindən atəşə tutulub:
“İşğalçıların Xersonu atəşə tutması nəticəsində 8 fövqəladə hallar xidmətinin əməkdaşı yaralanıb, bir nəfər həlak olub. Onlar Kaxovka SES-də Rusiya Ordusunun törətdiyi terror aktının nəticələrini aradan qaldırmaqla məşğul idilər”.
Qeyd edək ki, iyunun 21-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələri həmçinin Rusiyanın 1 “İsgəndər-M” qanadlı raketini vurub.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
