Zelenskidən 3 ölkə ilə bağlı dünyaya xəbərdarlıq | “Həmin qatillər buna davam etdikcə...”
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Ordusu İranın “Şahed” PUA-ları və Şimali Koreya raketləri ilə Kiyevin və digər şəhərlərin mülki infrastrukturuna zərbələr endirib”.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Təkcə Kiyevdə 5 yaşayış binasına ziyan dəyib. Bunlar adi yaşayış binalarıdır. Hazırda 6 nəfərin öldüyü məlumdur. Kiyev vilayətinin Bila Tserkva şəhərində zərbələr nəticəsində daha bir nəfər həlak olub. Orada “Şahed” xəstəxanaya çırpılıb”, ‒ Zelenski qeyd edib.
Prezident əlavə edib ki, hava hücumları ümumilikdə 4 şəhərdə obyektlərə ziyan vurub. Ümumilikdə, Rusiya Ukrayna ərazisinə 352 PUA və 16 raket atıb.
Zelenski vurğulayıb ki, hücumda Şimali Koreyanın ballistik raketlərindən də istifadə olunub. Pilotsuz təyyarələr və raketlərin əhəmiyyətli hissəsi Ukrayna Ordusu tərəfindən vurulub.
“Rusiya, İran və Şimali Koreyaya yaxın olan ölkələrdə hər kəs yaxşı düşünməlidir ki, bu qatil koalisiyası və yaydığı terror davam edəcəyi təqdirdə öz həyatlarını qoruya biləcəklərmi?”, ‒ Ukrayna lideri bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- "Bu görüş mümkün deyil, çünki Putin bizi həmişə aldadır" | Zelenski və Putin görüşəcək? - Baku TV
- Kiyevdə yaşayanlar müharibənin dayandırılması ilə bağlı gözləntilərini bölüşüblər - Baku TV CANLI
- Dublin sammitində Kiyevin maliyyə ehtiyacları və hərbi imkanları əsas müzakirə mövzularından olub
- Prezident İrlandiyada Volodimir Zelenski və Maya Sandu ilə görüşdü - Baku TV CANLI
- Ukrayna Rusiya ilə atəşkəs razılaşmasına nail ola bilmədi
