Pleyeri seçin:

ABŞ-İran gərginliyi pik həddə | SEPAH-ın Tehrandakı əsas qərargahı vuruldu - Baku TV

24 mart 2026 240 baxış

“İran müharibəni dayandırmaq üçün ABŞ-yə beş bənddən ibarət ultimatum irəli sürüb”.

Bu barədə “The Wall Street Journal” nəşri mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, SEPAH Vaşinqtondan Hörmüz boğazına nəzarət və rüsum yığmaq hüququ, gələcəkdə hücum edilməyəcəyinə dair təminat, İsrailin “Hizbullah”a zərbələrinin dayandırılması, ABŞ bazalarının Fars körfəzindən çıxarılması və Tehrana maliyyə kompensasiyasının ödənilməsini tələb edir.

ABŞ-nin energetika naziri Kris Rayt isə bildirib ki, İranın Hörmüz boğazı üzərində nəzarəti Vaşinqton üçün qəbuledilməz ssenaridir:

“Dünya ictimaiyyəti heç bir halda yol verməməlidir ki, İran Hörmüz boğazı üzərində nəzarəti həyata keçirsin. Bu, son onilliklər ərzində vaxtaşırı olaraq baş verirdi. Boğaz vasitəsilə maneəsiz gəmiçiliyə dair möhkəm təminatlar verəcək bir nəticə lazımdır. Özü də təkcə Birləşmiş Ştatların maraqları üçün deyil, həm də bütün Fars körfəzi dövlətləri, Asiya və Avropa ölkələri, eləcə də bütün dünya ictimaiyyəti üçün”.

Bu arada İsrail Müdafiə Qüvvələri Tehranın mərkəzində İslam İnqilabı Keşikçiləri Korpusunun mərkəzi qərargahına zərbə endirib. Ordunun mətbuat xidmətinin məlumatına görə, bu qərargah SEPAH tərəfindən müxtəlif bölmələrin fəaliyyətinin əlaqələndirilməsi və əməliyyat şəraitinin qiymətləndirilməsi üçün istifadə olunub.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 240 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 240 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 240 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 240 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 240 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 240 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 240 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 240 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 240 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 240 baxış
Seçilmişlər
icon