ABŞ-İran müharibəsi yenidən alovlanır? | Tehranın planı “əlində partlayacaq”? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İran rəhbərliyi razılaşmalar imzalamaqla vaxt qazanmağa, ardınca isə həmin razılaşmaları pozmaqla şərtləri öz xeyrinə dəyişməyə çalışır. Amma bu strategiya sonda əks-nəticə verə bilər.
Bu barədə İsrailin “Ynet” portalı yazıb.
Məqalədə bildirilib ki, Bəsrə körfəzindən təxminən 80 milyon barel neft çıxarılıb, həmçinin dünya üzrə dondurulmuş İran aktivlərinin sərbəst buraxılmasının mümkünlüyünün araşdırılması prosesinə başlanılsa da, bundan sonra Hörmüz boğazında neft tankerlərinə və region ölkələrinə hücumlar yenidən başlayıb, Tehran isə danışıqlara ciddi şəkildə qayıtmaqdan imtina edib.
“Ynet” qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İran üçün dağıdıcı nəticələr barədə təhdidləri Tehranın yenidən danışıqlar masasına qayıtmasına səbəb olub. Amma razılaşmaların təkrarən pozulması Trampı diplomatik yolların artıq tükəndiyi qənaətinə gətirə bilər.
Məqalə müəllifinin fikrincə, bu durumda Vaşinqtonda hərbi addım atılması ilə bağlı siyasi-strateji təzyiq kəskin şəkildə arta bilər. Tramp isə İran rejiminə qarşı daha genişmiqyaslı kampaniyada iştirak üçün İsrailə müraciət edə bilər.
Portal sonda yazıb ki, İran rəhbərliyi həmişə növbəti mərc üçün vaxt olduğunu düşünsə də, Tehran bu qumarda geri qaytarılması mümkün olmayan bir şeyi – zamanı itirə bilər.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Xamenei ilə Qalibafın görüşündə ABŞ-nin İrana münasibəti gündəmin əsas mövzusu olub
- Tehran və İslamabad arasındakı təmaslar ABŞ-İran məsələsi fonunda gündəmə çıxıb
