Pleyeri seçin:

ABŞ İrana qarşı 4 ssenarili hərbi plan hazırlayır?

27 mart 2026 306 baxış

Tehranla diplomatik səylər nəticəsiz qalacağı təqdirdə, ABŞ İrana qarşı quru qoşunlarının cəlb olunmasını istisna etməyən "həlledici zərbə" ssenariləri üzərində işləyir.

Bu barədə "Axios" portalı Amerika administrasiyasının iki nümayəndəsinə və digər iki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, bu addım ABŞ-yə ya İran tərəfi ilə gələcək dialoq öncəsi danışıqlarda mövqelərini möhkəmləndirməyə, ya da Donald Trampa münaqişənin qələbə ilə başa çatmasını birtərəfli qaydada elan etməyə imkan verəcək.

Mənbələrin bildirdiyinə görə, hazırda mümkün 4 ssenari nəzərdən keçirilir. Birincisi İran neft ixracının əsas qovşağı olan Xarq adasının ələ keçirilməsini və ya dəniz blokadasını nəzərdə tutur. İkinci ssenari Hörmüz boğazındakı gəmiləri müşahidə edən İran hərbi bazalarının və radar komplekslərinin, eləcə də ticarət donanmasına zərbələr endirməyə qadir olan kiçik katerlərin yerləşdiyi Laraq adasının ələ keçirilməsini nəzərdə tutur.

Üçüncü ssenari İrana körfəzi tərk edən gəmilərə nəzarət etməyə imkan verən Fars körfəzinin şərq akvatoriyasındakı Əbu Musa adasında hərbi əməliyyatdır. Bu ada da yaxınlıqda yerləşən Böyük və Kiçik Tomb adaları kimi İranın nəzarəti altındadır, lakin Birləşmiş Ərəb Əmirlikləri onlara qarşı ərazi iddiaları irəli sürür.

Dördüncü ssenariyə əsasən, Vaşinqton İran neftinin daşınmasını həyata keçirən gəmilərə qarşı blokada tətbiq edə və ya onlar üzərində nəzarəti ələ keçirə bilər.

Portalın həmsöhbətləri qeyd ediblər ki, paralel olaraq, dağıdılmış nüvə obyektlərinin altında yerləşən İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının Amerika hərbçiləri tərəfindən götürülməsinə dair planlar da öyrənilir. Alternativ variant kimi həmin obyektlərə güclü aviazərbələrin endirilməsi nəzərdən keçirilir.

Mənbələrin məlumatına görə, Tramp hələ təklif olunan ssenarilərin heç birini təsdiqləməyib.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 306 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 306 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 306 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 306 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 306 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 306 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 306 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 306 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 306 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 306 baxış
Seçilmişlər
icon