ABŞ İranda rejimi dəyişdirməyə çalışır, yoxsa...? | Biz onların nüvə proqramını...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin vitse-prezidenti Cey Di Vens son günlər İrana qarşı endirilən hava zərbələrindən sonra beynəlxalq səviyyədə yeni xarici siyasət kursunun – "Tramp doktrinası"nın formalaşdığını bəyan edib.
Cey Di Vensin sözlərinə görə, bu doktrina əvvəlki kimi rejim dəyişdirmək və ya demokratiya ixrac etmək üzərində qurulmayıb. Əvəzində o, diplomatik yanaşmanı əsas götürür, lakin zərurət yarandıqda sürətli və hədəfli hərbi gücdən istifadəyə imkan verir – uzunmüddətli müharibələrə girmədən.
“Biz rejim dəyişdirməyə çalışmırıq. İranda demokratiya qurmağa və ya oranı Viskonsin kimi etməyə çalışmırıq. Biz onların nüvə proqramını məhv edirik və sonra gedirik”, – deyə Cey Di Vens “Breitbart” nəşrinə bildirib.
O əlavə edib ki, bu yanaşma təkcə respublikaçılar arasında deyil, ümumilikdə ABŞ-nin xarici siyasətində üstünlük təşkil edə bilər.
“İnsanlar artıq anlayacaqlar ki, biz əvvəlcə diplomatiyanı sınaqdan keçiririk, amma bu, uğursuz olarsa, üstün hərbi güc tətbiq edəcəyik”, – deyə vitse-prezident vurğulayıb.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
