ABŞ İranla danışıqlar aparmağa hazır olduğunu bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranın nüvə proqramı ilə bağlı rəsmi danışıqlar aparmağa hazırdır, amma Tehran da birbaşa dialоqa hazır olmalıdır.
Bu barədə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi səfirinin müavini Morqan Ortaqus BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına dair iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Tehranın da birbaşa və məzmunlu dialoqa hazır olduğu təqdirdə Birləşmiş Ştatlar danışıqlar aparmağa hazırdır.
Ortaqus bildirib ki, ABŞ açıq danışıqlar aparmaq niyyətində deyil. O, Vaşinqtonun Tehranın uran zənginləşdirmə proqramının yolverilməzliyi mövqeyində qaldığını vurğulayıb.
Qeyd edək ki, 2025-ci ildə Omanın vasitəçiliyi ilə İranla ABŞ arasında nüvə problemləri üzrə danışıqların beş mərhələsi baş tutub. Lakin İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələri səbəbindən danışıqlar nəticəsiz qalaraq dayandırılıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
