ABŞ İranla danışıqları davam etdirəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İranla danışıqları davam etdirməkdə qərarlıdır və tərəflərin razılaşmaya maraqlı olduğunu hesab edir.
Bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Corciya ştat universitetində keçirilən forumda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqları xoş niyyətlə aparır və bu prosesi davam etdirməyi planlaşdırır:
“Bu məsələni bir gecədə həll etmək mümkün deyil. Amma hesab edirəm ki, eyni masa arxasında oturduğumuz tərəf razılaşma əldə etmək istəyir”.
Vens qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyaya İranla danışıqları davam etdirməyi tapşırıb.
O bildirib ki, Vaşinqton Tehrana nüvə silahı hazırlamaq imkanından imtina müqabilində “qlobal iqtisadiyyata qoşulmaq” imkanı təklif edir.
Vitse-prezident əlavə edib ki, İslamabadda İran nümayəndə heyəti ilə aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub. Onun sözlərinə görə, hazırda atəşkəs rejimi qüvvədə qalır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
