ABŞ İranla müharibəyə hazırlaşır? - Trampa qarşı çıxan şəxs belə "cəzalandırıldı"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard İran-İsrail gündəliyi fonunda Ağ Evdəki daxili müzakirələrdən kənarlaşdırılıb.
"NBC News"un məlumatına görə, T.Qabbardın Prezident Donald Trampla fikir ayrılığı onun bu proseslərdə iştirakını məhdudlaşdırıb.
Mənbələrin bildirdiyinə görə, T.Qabbard ABŞ-nin xarici hərbi müdaxilələrinə qarşı çıxması ilə tanınır və İranla bağlı vəziyyətdə də eyni mövqedə qalıb. O, ABŞ-nin müharibəyə cəlb olunmasına qarşı çıxıb və diplomatik həll yollarının axtarılmasına üstünlük verib.
İddialara görə, o, Avropa müttəfiqləri ilə İran arasında əlaqə qurmaq üçün pərdəarxası diplomatiya aparıb. Bu təşəbbüslər D.Trampın sərt mövqeyi ilə toqquşub. Xüsusilə də mart ayında T.Qabbardın İranın nüvə silahı hazırladığına dair heç bir dəlilin olmadığını bildirməsi Prezidentin qəzəbinə səbəb olub.
Hazırda T.Qabbardın vəzifədən uzaqlaşdırılması nəzərdə tutulmasa da, ABŞ-nin bölgədə hərbi iştirakının artacağı halda onun Administrasiyada izolyasiya olunacağı ehtimalı yüksəkdir.
#ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi teqi istifadə olunub
- MKİ-nin rəhbəri təcili Putinlə görüşüb? - "Rusiya heç kimin dediyi ilə oturub-durmayacaq" - Baku TV
- Kubada mümkün hərbi əməliyyat planı | Vaşinqton nəyə hazırlaşır? - Baku TV
- ABŞ Kubada kəşfiyyat fəaliyyətini genişləndirir | Yeni detallar açıqlandı - Baku TV CANLI
- ABŞ və Fransa kəşfiyyatı Ukraynaya gizli şəkildə necə kömək edir? - Baku TV
- İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV
