İsrail sülhü poza bilər? | Netanyahu siyasi təzyiq altındadır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ kəşfiyyatı Prezident Donald Trampa İsrailin Baş naziri Benyamin Netanyahunun İranla əldə olunacaq sülh razılaşmasını təhlükə altına qoya biləcək addımlar atmaq ehtimalının yüksək olduğu barədə məlumat verib.
Bu barədə "The Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"İsrailin Baş nazirindən Livanda hərbi əməliyyatı davam etdirmək tələb edilir. Bu səbəbdən də o, ciddi siyasi təzyiq altındadır. Kəşfiyyat məruzələrindən göründüyü kimi, İsrail "Hizbullah"a qarşı yönəlmiş hərbi əməliyyatları dayandırmaq niyyətində deyil", – deyə məlumatda qeyd edilib.
ABŞ kəşfiyyatının analitikləri belə qənaətə gəliblər ki, yaxınlaşan parlament seçkiləri fonunda Netanyahunun siyasi gələcəyi onun Livanda hərbi fəallığı qoruyub saxlamaq əzmi ilə birbaşa bağlıdır.
Bundan əlavə, hesabatda İsrail tərəfinin Vaşinqton və Tehran arasında imzalanmış memorandumun şərtlərindən narazılığı da əks olunub. Belə ki, həmin şərtlər Təl-Əvivin İranla bağlı planları ilə ziddiyyət təşkil edir.
Qeyd edək ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin Müdafiə Qüvvələrinin yaşayış məntəqələrini "Hizbullah" təhdidlərindən qorumaq üçün Livanın cənubunda mövcudluğunu qoruyub saxlayacağını bildirib.
#ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi teqi istifadə olunub
- MKİ-nin rəhbəri təcili Putinlə görüşüb? - "Rusiya heç kimin dediyi ilə oturub-durmayacaq" - Baku TV
- Kubada mümkün hərbi əməliyyat planı | Vaşinqton nəyə hazırlaşır? - Baku TV
- ABŞ Kubada kəşfiyyat fəaliyyətini genişləndirir | Yeni detallar açıqlandı - Baku TV CANLI
- ABŞ və Fransa kəşfiyyatı Ukraynaya gizli şəkildə necə kömək edir? - Baku TV
- ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir
