Pleyeri seçin:

ABŞ MKİ-nin direktoru İranın nüvə sazişinə əməl edəcəyinə şübhə edir

16 iyun 2026 429 baxış

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff İranın nüvə proqramı ilə bağlı mümkün razılaşmanın şərtlərinə əməl etməyə hazır olduğuna dair şübhələrini Prezident Donald Trampa çatdırıb.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Retkliff Tramp və digər yüksəkvəzifəli rəsmilərlə keçirdiyi görüşdə ABŞ kəşfiyyat orqanlarının əldə etdiyi məlumatların İranın nüvə sahəsində Vaşinqtonun tələb etdiyi güzəştlərə getmək niyyətinə ciddi şübhələr yaratdığını bildirib.

Mənbələrin sözlərinə görə, kəşfiyyat məlumatları İran rəsmilərinin razılaşmanı öz aralarında müzakirə edərkən səsləndirdikləri mövqelərlə vasitəçilərə və ABŞ nümayəndələrinə verdikləri mesajlar arasında uyğunsuzluq olduğunu göstərir.

"Toplanan məlumatlar İranın həqiqi niyyətlərinin razılaşma çərçivəsində götürdüyü öhdəliklərlə üst-üstə düşmədiyini göstərir", – deyə mənbələrdən biri bildirib.

"Axios"un yazdığına görə, Retkliff Tramp administrasiyasında bu məsələyə skeptik yanaşan yeganə şəxs deyil. ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset də daxili müzakirələr zamanı razılaşma ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Bununla yanaşı, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner razılaşmanın tərəfdarları sırasında göstərilir.

Portalın məlumatına görə, Vaşinqton yaxın iki-üç həftə ərzində İranın əldə olunan razılaşmaları yerinə yetirmək niyyətində olub-olmaması ilə bağlı yekun qənaət formalaşdırmağı planlaşdırır.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 429 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 429 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 429 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 429 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 429 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 429 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 429 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 429 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 429 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 429 baxış
Seçilmişlər
icon