ABŞ İsraili enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağıraraq xəbərdarlıq edib ki, bu cür hərəkətlər mülki əhaliyə zərər verə bilər.
Bu barədə “Axios portalı” məlumat verib.
Məlumatda bildirilir ki, bu cür addımlar o cümlədən qlobal neft qiymətlərinin kəskin artmasına və Fars körfəzindəki enerji obyektlərinə qarşı daha genişmiqyaslı cavab zərbələrinə səbəb ola bilər.
Portalın məlumatına görə, Tramp administrasiyası münaqişə bitdikdən sonra potensial əməkdaşlıq üçün İranın neft sektorunu qorumağa çalışır.
Bu arada, Pentaqon İrana qarşı əməliyyat zamanı indiyədək təxminən 140 ABŞ hərbçisinin yaralandığını təsdiqləyib. Bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir. Məlumata əsasən, xəsarət alanların 108-i artıq xidmət yerinə qayıdıb, 8 nəfərin vəziyyəti isə ağırdır.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI
- İsrail qırıcıları işə salındı | Dünyaya səs salacaq hücumlar başlayır? - Baku TV
- Trampın hücum qərarı İranın nüvə obyektlərinin taleyini dəyişə bilər - Baku TV
- Pezeşkian İranla bağlı iddialı açıqlamalar verdi, Qəribabadi isə... - Baku TV
- "İran cavab verməyə hazırdır" | Tehran Vaşinqtona hansı mesajı verdi? - Baku TV
