ABŞ Kanada ilə bağlı hansı addımları atacaq? | Bu qərar təxirə salındı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp martın 12-dən Kanadadan ABŞ-yə polad və alüminium tədarükünə rüsumların 50%-ə qədər artırılması qərarından imtina edib.
Bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi Kuş Desay məlumat verib.
"Ontario əyalətinin rəhbəri Daq Ford ABŞ-nin ticarət naziri Hovard Latniklə söhbətində Kanadadan Birləşmiş Ştatlara elektrik enerjisi ixracına 25 faizlik tarif tətbiqindən geri çəkildiyini bildirib.
Prezident Donald Tramp ABŞ xalqı naminə bir daha dünyanın ən yaxşısı və ən böyüyü olan Amerika iqtisadiyyatının rıçaqlarından istifadə etdi. Ontario əyaləti qubernatorunun ABŞ-yə ixrac edilən elektrik enerjisinə 25 faiz rüsum tətbiq etmək qərarından imtinasından sonra Tramp Kanadadan idxal olunan polad və alüminiuma 50 faiz rüsumun tətbiq edilməsi qərarını təxirə salıb.
Onun əvvəlki sərəncamlarına uyğun olaraq, polad və alüminiuma 25 faizlik rüsum istisnalar və ya güzəştlər olmadan, Kanada və bütün digər ticarət tərəfdaşlarımız üçün martın 12-də gecə yarısından qüvvəyə minəcək", – deyə K.Desay bildirib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
