ABŞ məhkəməsindən erməni bloger Qukasyanla bağlı sərt qərar
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Nevada ştatının Las-Veqas şəhər məhkəməsi erməni bloger Vardan Qukasyanın vəkillərinin girovla bağlı müraciətini rədd edərək onu həbsdə saxlayıb.
Bu barədə “İravunk” qəzeti “Lev Group” hüquq firmasının rəhbəri Levon Baqdasaryana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmə qərarını alıb və V.Qukasyanın azadlığa buraxılması barədə vəsatət rədd edilib. L.Baqdasaryan işin təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.
Xatırladaq ki, “İt” ləqəbi ilə tanınan videobloger Vardan Qukasyan bundan əvvəl ABŞ-nin miqrasiya orqanları tərəfindən saxlanılıb. Onun deportasiya ediləcəyi bildirilirdi. Ermənistan V.Qukasyanı bir neçə cinayət ittihamı ilə axtarışa verib. O, hazırda həbsdə saxlanılır.
#ABŞ teqi istifadə olunub
- Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV
- Respublikaçılar və demokratlar hərəkətə keçib
- Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV
