ABŞ memorandumun şərtlərini pozdu? | Yaxın Şərqi nə gözləyir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın ABŞ ilə İsveçrədə danışıqlarda iştirak edən nümayəndə heyəti Vaşinqton adminsitrasiyasının rəhbəri Donald Trampın təhdidlərinə etiraz olaraq danışıqların keçirildiyi məkanı tərk edib.
Bu barədə "Tasnim" agentliyi danışıqlar qrupuna yaxın mənbəyə istinadən məlumat yayıb.
Agentlik hazırda danışıqların dayandırıldığını və onun gələcək taleyinin qeyri-müəyyən olduğunu bildirib.
"Al Hadath" telekanalı isə İranın ABŞ-nin imzalanmış anlaşma memorandumunun qarşılıqlı təhdidlərin yolverilməzliyini ehtiva edən birinci bəndini yerinə yetirməsi tələbini irəli sürdüyünə dair məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.
İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf isə "X" sosial şəbəkə hesabında paylaşım edərək Silahlı Qüvvələrin bütün təhdidlərə cavab verməyə hazır olduğunu bildirib.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
