ABŞ-ni narahat edən məsələ | Rusiyaya kömək edənlərə qarşı tədbir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Rusiyanın İran və Şimali Koreya ilə hərbi əməkdaşlığını diqqətlə izləyir və digər ölkələrin Moskvanın hərbi-sənaye potensialını gücləndirmək cəhdlərinə cavab verəcək.
Bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib. Onun sözlərinə görə, Vaşinqton Şimali Koreya, Rusiya və İran arasında münasibətlərin dərinləşməsindən narahatdır.
Sinq qeyd edib ki, Vaşinqton vəziyyəti nəzarətdə saxlamaqda davam edir və regiondakı müttəfiqləri ilə qarşılıqlı əlaqəni artırır: “Vaşinqton Ukraynanı cəbhə üçün lazım olan silahlarla təmin edir və müharibədə Rusiyaya kömək edənlərə qarşı sanksiyalar tətbiq edir”.
O, Şimali Koreyanın Ukraynaya qarşı Rusiya tərəfində döyüşmək üçün öz vətəndaşlarını göndərməsi ilə bağlı məlumatı təsdiqləməyib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
