ABŞ-nin 39-cu prezidenti dünyasını dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin sabiq prezidenti Cimmi Karter vəfat edib.
Ağ Evin keçmiş rəhbəri 100 yaşında dünyasını dəyişib.
Məlumata görə, o, dekabrın 30-da Corciya ştatının Pleyns şəhərindəki evində keçinib. Keçmiş prezidentin ömrünün son illərində ağır xəstə olduğu bildirilir. Onun bu ilin oktyabrında 100 yaşı tamam olub.
Qeyd edək ki, Cimmi Karter ABŞ-nin sayca 39-cu dövlət başçısı olub və 1977-1981-ci illərdə ölkəyə rəhbərlik edib. O, 1924-cü ilin oktyabrında anadan olub. Cimmi Karter insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
