Pleyeri seçin:

ABŞ-nin Avropa bazarından uzaqlaşdırdığı ölkələr | Dolların məzənnəsi yüksələcək?

29 iyul 2025 473 baxış

ABŞ və Avropa İttifaqı arasında yeni ticarət sazişi razılaşdırılıb.

Saziş Şotlandiyada ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin görüşü zamanı elan edilib.

Yeni razılaşmaya əsasən, ABŞ Avropa İttifaqından idxal olunan məhsullara 15 faiz gömrük rüsumu tətbiq edəcək. Avropa İttifaqı isə ABŞ-dən 600-750 milyard dollar dəyərində enerji məhsulları almağı və əlavə investisiyalar qoymağı öhdəsinə götürüb.

Donald Tramp sazişi "hər kəs üçün yaxşı və ədalətli razılaşma" adlandırıb. Ursula fon der Lyayen isə bu razılaşmanın transatlantik ticarət münasibətlərinin sabitləşdirilməsi üçün mühüm addım olduğunu bildirib.

ABŞ-nin Avropa məhsullarına 15% tarif tətbiqi ilk baxışdan ticarətə maneə kimi görünsə də, bu, Aİ-nin ABŞ-dən enerji idxalına dair öhdəliyi ilə kompensasiya edilir. Bu razılaşma ABŞ-nin enerji bazarını canlandıracaq. Faktiki olaraq "köhnə qitə"nin enerji təhlükəsizliyində Rusiyanın rolu sıfıra endiriləcək.

ABŞ bu saziş vasitəsilə bir tərəfdən Rusiyaya qarşı iqtisadi savaşda üstünlük qazandı, digər tərəfdən isə son zamanlar müstəqil siyasətə meyillənən Avropa ölkələri üzərindəki təsirini artırmağa nail oldu.

Müqavilə ABŞ-də bəzi narazılıqlar da yaradıb. Çünki Avropa kimi böyük bazarı təmin etmək üçün ABŞ müəyyən risklərə getməlidir.

Hazırda müxalifətdə olan Demokratlar Partiyası bu məsələ ilə bağlı əks-təbliğat aparır. Ancaq bu, ABŞ-nin bank sektoru üçün yaxşı fürsətdir. Sazişin qüvvəyə minməsindən sonra dolların məzənnəsinin yüksələcəyi gözlənilir. Bu isə qlobal bazarda ciddi problem yarada bilər.

Kriptovalyuta bazarındakı düşüş də buna misaldır. Dollara təlabatın çoxalması fond birjalarında hərəkətliliyin yaranmasına gətirib çıxarır. Hər halda, razılaşma ən çox Çinə mənfi təsir göstərəcək. Vaşinqton Çini Avropada sıxışdıracaq.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 473 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 473 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 473 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 473 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 473 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 473 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 473 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 473 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 473 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 473 baxış
Seçilmişlər
icon