Pleyeri seçin:
ABŞ-nin eks-prezidentindən Rusiya barədə gözlənilməz açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Bir vaxtlar Rusiyanın ABŞ-nin tərəfdaşı olması üçün əlimdən gələni etdim”.
Bunu ABŞ-nin keçmiş prezidenti Bill Klinton Praqada “Təhlükəsizliyimiz təmin olunmur” adlı konfransda çıxış edərkən deyib.
Eks-prezidentin sözlərinə görə, o, Rusiyanı özünə tərəfdaş etməyə çalışıb: “Mən bunun üçün əlimdən gələni etdim. Bu cəhdlərə görə bir dəqiqə belə peşman deyiləm”.
O həmçinin 1997-ci ildə imzalanmış NATO-Rusiya Təhlükəsizlik Aktını da xatırladıb: “Biz uğursuzluğa düçar olduq, Rusiya başqa istiqamətə getdi, lakin düzgün olanı etməyə çalışmaq vacibdir”.
Eyni zamanda ABŞ-nin keçmiş rəhbəri hesab edir ki, yaxın 25 ildə insanların yeni, daha yaxşı tarix yazmaq şansı olacaq.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
