Pleyeri seçin:
ABŞ-nin hücumu sakinləri təşvişə saldı | Savaş daha da şiddətlənəcək?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın ballistik raketlə İsrailə hücumu nəticəsində bəzi şəhərlərdə dağıntılar qeydə alınıb. Ən çox atəşə tutulan Təl-Əvivdəki dağıntılarla bağlı görüntülər yayılıb.
“ABŞ-nin İrana hücum xəbərini eşidən kimi bomba sığınacaqlarına təxliyə olunduq. Müharibəni bitirmək lazımdır. İnsanlar raket zərbələrindən və bomba sığınacaqlarında oyanmaqdan beziblər”.
Bu sözləri İranın hücumlarına görə Təl-Əvivdə sığınacağa təxliyə olunan insanlar deyib.
“Reuters”də yayılan digər məlumata görə, fələstinlilər də ABŞ-nin hücumundan sonra İsrail-İran münaqişəsinin şiddətlənəcəyindən qorxurlar. İnsanlar “ümid edirik ki, müharibə nəinki İran, Fələstin və Qəzza zolağında da tamamlanacaq” kimi fikirlər səsləndiriblər.
Kopyalandı
#Təl-Əviv teqi istifadə olunub
- Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır
- Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb
- İran və İsrail arasındakı gərginlik pik həddə çatıb - Baku TV
- BMT baş katibi İrana hücumları qınayıb | "Beynəlxalq humanitar hüquqa əməl olunmalıdır" - Baku TV
- İran Təl-Əvivə raket zərbələri endirib
