“ABŞ-nin iki ədəd “Lucas“ pilotsuz təyyarəsi məhv edilib” | İran mediası
Yeniliklərdən dərhal xəbərdar olun
Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub.
Bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib.
Hücuma məruz qalan gəmilərin hansı ölkələrə məxsus olduğu barədə məlumat verilmir. Eyni zamanda agentlik yerli sakinlərə istinadən İranın cənubundakı Bəndər-Abbas, Konarak, Çabahar şəhərlərində və Lərak adasında partlayışların olduğunu bildirib.
Onların məlumatına görə, partlayışlara raket zərbələri səbəb olub. Konarakda azı dörd, Çabahar ərazisində isə təxminən altı partlayış qeydə alınıb.
Həmçinin qeyd olunub ki, Bəndər-Abbas şəhərində hava hücumundan müdafiə sistemləri də aktivləşdirilib. Bundan başqa, İslam İnqilabı Keşikçiləri Korpusu Bəndər-Abbas və Lar şəhərlərinin səmasında ABŞ-nin iki ədəd "Lucas" pilotsuz təyyarəsinin vurulduğunu açıqlayıb.
"Bir neçə dəqiqə əvvəl Bəndər-Abbas və Larda İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən Amerikanın iki ədəd "Lucas" pilotsuz təyyarəsi məhv edilib", – deyə açıqlamada deyilir.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
