ABŞ-nin İsrail-İran münaqişəsinə qoşulmasının ağır nəticələri ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ordusu İrana hücum edərsə, maliyyə bazarları “diz çökə” bilər. Bu barədə məlumatlar xarici mediada yayımlanır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir neçə gün öncə İranı Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücum edəcəyi təqdirdə bunun nəticələrinin ağır olacağı ilə təhdid etmişdi.
İran-İsrail münaqişəsinin gərginləşməsindən narahat olan investorlar neft qiymətlərindəki kəskin artımın Donald Trampın tarifləri ilə onsuz da gərginləşən qlobal iqtisadiyyata ciddi zərər verə biləcəyini deyirlər.
“Reuters”in məlumatına görə, xam neftin qiyməti İsrailin İrana hücumundan bəri təxminən 9% bahalaşıb. İran ixracatının yarıya endirilməsi halında isə xam neftin bir barelinin qiymətinin 85 dollara qədər, ən pis halda hətta 100 dollara kimi qalxacağı güman edilir.
İqtisadçılar yüksək neft qiymətlərinin qlobal iqtisadiyyat üçün mənfi tədarük şoku yaradacağı, inflyasiyanın artmasına səbəb olacağı və bunun da artıq tariflərdən yaranan riskləri idarə etməyə çalışan Mərkəzi Banklar üçün əlavə problemlər yaradacağı qənaətindədirlər.
#İsrail-İran münaqişəsi teqi istifadə olunub
- Məkkə Müdafiə İttifaqının yüksəkvəzifəli rəsmiləri İrana səfər edəcəklər - Baku TV
- “İranı daş dövrünə və qaranlığa qaytaracağıq” | İsraildən mesaj
- Gərginliyi alovlandıran məsələ: İran kütləvi zərbələrə məruz qalacaq? - Baku TV CANLI
- İsrailin əsas məqsədi nədir? | Netanyahu istəyinə çatacaq? - Baku TV
- İsrailin İran planı savaş riskini artırır | Netanyahudan diqqətçəkən mesaj - Baku TV
