ABŞ-nin keçmiş prezidenti dələduzluqda ittiham edilir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin keçmiş prezidenti Donald Tramp daşınmaz əmlak sənayesində dələduzluq etdiyinə görə 454 milyon dollarlıq cəriməni ödəməlidir.
Onun bu cəriməni ödəyə biləcəyi barədə suallara vəkilləri “yox” deyə cavab verib. Donald Tramp isə sosial media hesabında bu barədə fərqli paylaşım edib. O, bu qədər pulu yoxdur deyən vəkillərini təkzib edib və 500 milyon dollar nağd pulu olduğunu açıqlayıb.
“Zəhmət, istedad və şans sayəsində indi demək olar ki, 500 milyon dollar pulum var” deyən Tramp bu pulu prezident seçkiləri kampaniyasında istifadə etmək niyyətində olduğunu bildirib.
Ağ Evin keçmiş rəhbəri iddia edib ki, Nyu-York baş prokuroru və işə sədrlik edən hakim bu pulu ondan saxtakarlıq və korrupsiya yolu ilə almaq istəyir.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
