ABŞ-nin müttəfiqləri Trampa inanmır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin müttəfiqləri Prezident Donald Trampın bəyanatını şübhə altına alaraq Hörmüz boğazının hələ də minalanmış ola biləcəyini qeyd edirlər.
Bu barədə "Bloomberg" agentliyi yazıb.
Daha əvvəl Tramp bildirmişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu su marşrutunu İran tərəfindən quraşdırılmış minalardan tamamilə təmizləyib. Lakin mənbələrin sözlərinə görə, Vaşinqtonun beynəlxalq suların minalardan təmizlənməsində müəyyən irəliləyiş əldə etməsinə baxmayaraq, boğazda 80-150 arası mina qala bilər.
Bununla belə, Amerika rəsmiləri bu iddiaları rədd edirlər. "Hörmüz boğazında beynəlxalq səviyyədə tanınmış tranzit marşrutları İranın dəniz minalarından təmizlənib", – deyə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından bildirilib.
Müttəfiq ölkələrin rəsmiləri isə hesab edirlər ki, boğazın təmizlənməsi əməliyyatı çətinləşib, çünki bir çox minalar, ehtimal ki, dəniz axınlarına görə ilkin mövqelərindən yerlərini dəyişib.
Onlar xəbərdarlıq edirlər ki, kommersiya gəmiçilik şirkətlərinin boğazdan keçid təhlükəsizliyinə inamını artırmaq üçün xüsusi minatəmizləmə avadanlıqlarının, həmçinin hava və dəniz mühafizəsinin tətbiq edildiyi beynəlxalq səylərə ehtiyac var.
Müttəfiqlər istəyirlər ki, heç bir gəminin hücuma məruz qalmayacağına zəmanət verilməsi şərtilə İran bu cür missiyanın öz sularında həyata keçirilməsi üçün Omana icazə versin.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazının açılması müqabilində İran nə istəyir? - AKTUAL GÜNDƏM
- İran boğazdakı qeyri-sabitliyə görə ABŞ-ni məsuliyyətli sayır - Baku TV CANLI
- Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi
- SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI
- Məsud Pezeşkian Sergey Lavrovla görüşdə ABŞ siyasətini sərt tənqid etdi
