ABŞ-nin NATO-dakı nümayəndəsi Putinin iqamətgahına hücum iddiasını şübhə altına alıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin NATO-dakı xüsusi nümayəndəsi Rusiya tərəfinin Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum etdiyi barədə iddialarını şübhə altına alıb.
ABŞ rəsmisi "Reuters"ə açıqlamasında Moskvanın yaydığı məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənmədiyini bildirib.
Onun sözlərinə görə, hazırda təqdim edilən məlumatlar hücumun Ukrayna tərəfindən həyata keçirildiyini qəti şəkildə sübut etmir.
NATO nümayəndəsi qeyd edib ki, belə iddialar diqqətlə araşdırılmalı və faktlara əsaslanmalıdır.
ABŞ tərəfi vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi fonunda informasiya müharibəsi də davam edir və bu cür açıqlamalara ehtiyatla yanaşmaq lazımdır.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiya Prezidentinin iqamətgahını hədəf aldığını iddia etmişdi. Kiyev isə bu ittihamları rədd edib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
