ABŞ-nin ölkələrə qarşı yeni rüsumlarına Aİ necə cavab verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin tətbiq etdiyi rüsumlar dünya iqtisadiyyatına ciddi zərbədir. Avropa İttifaqı Birləşmiş Ştatlarla danışıqlara hazırdır, lakin Vaşinqton imtina edərsə, Brüssel cavab tədbirləri görəcək.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.
“Avropanın bu fırtınadan keçmək üçün hər şeyi var. Biz bu işdə birlikdəyik. Əgər sən birimizə meydan oxuyursansa, hamımıza meydan oxuyursan. Biz bir-birimizin arxasında duracağıq və ayağa qalxacağıq. Birliyimiz gücümüzdür”, − deyə o bildirib.
Ursula fon der Lyayenin sözlərinə görə, Avropa qitənin iqtisadi təhlükəsizliyini gücləndirmək üçün əlavə tədbirlər görəcək.
O vurğulayıb ki, ABŞ Administrasiyasının hərəkətlərindən daha çox iqtisadiyyatı zəif inkişaf etmiş ən həssas ölkələr zərər çəkəcək:
“Tariflər bütün dünyada istehlakçılara da zərər verəcək. Təsiri dərhal hiss olunacaq. Milyonlarla vətəndaş daha yüksək ərzaq ödənişləri ilə üzləşəcək. Dərmanla yanaşı, nəqliyyat da baha başa gələcək. İnflyasiya yüksələcək və bu, xüsusən də həssas təbəqəyə aid olan vətəndaşları incidir”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün məhsullara 10 faiz rüsum tətbiq edib. D.Tramp bu tədbirləri ABŞ-nin ticarət balansını tarazlaşdırmaq zərurəti ilə izah edib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
