Pleyeri seçin:

ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri 

22 iyun 2026 304 baxış

ABŞ-nin rəhbərliyi altında keçirilən genişmiqyaslı "Valiant Shield" hərbi təlimləri başlayıb. Yaponiyanın da iştirak etdiyi manevrlər iyunun 22-dən iyulun 1-dək Hind-Sakit okean regionunda davam edəcək.

Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Təlimlər Quam və Havay adaları da daxil olmaqla, geniş ərazini əhatə edəcək.

Yaponiya ərazisində Özünümüdafiə Qüvvələrinin bazaları, ABŞ hərbi obyektləri, həmçinin onlara bitişik hava və dəniz məkanından istifadə olunacaq.

Bildirilir ki, ABŞ-dən başqa digər ölkələrin hərbi təyyarə və ya gəmilərinin Yaponiyada yerləşdirilməsi nəzərdə tutulmur.

Təlim proqramına birgə hava döyüşləri, gəmiəleyhinə əməliyyatlar, hava-desant tapşırıqları, uçuş-eniş zolaqlarının bərpası və hərbi tibb üzrə manevrlər daxildir.

Əsas hava döyüşləri Yaponiya dənizi, Okinavanın cənubu və Titose aviabazası ətrafında keçiriləcək.

Yaponiya bu mərhələdə 30 qırıcı, iki yanacaqdaşıyan təyyarə, bir AWACS erkən xəbərdarlıq təyyarəsi, dörd nəqliyyat təyyarəsi və zenit bölməsi cəlb edəcək. ABŞ isə dörd qırıcı, üç yanacaqdaşıyan təyyarə və hava hücumundan müdafiə bölmələri ilə təmsil olunacaq. Okinavanın cənubunda isə Yaponiya səkkiz, ABŞ isə 30 qırıcı və üç yanacaqdaşıyan təyyarə ilə iştirak edəcək.

Hava-desant mərhələsinin iyunun 25-29-da əsasən Hokkaydo adasındakı Böyük Təlim Poliqonunda keçirilməsi planlaşdırılır.

Yaponiya təlimlərə hava-desant briqadası və artilleriya bölmələri, ABŞ isə dəniz piyadaları və C-130 hərbi-nəqliyyat təyyarəsi ayıracaq.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 304 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 304 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 304 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 304 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 304 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 304 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 304 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 304 baxış
Seçilmişlər
icon