ABŞ-nin sabiq dövlət katibi vəfat etdi: Kissincer, əslində, kim idi?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin keçmiş dövlət katibi, diplomat və beynəlxalq münasibətlər üzrə ekspert Henri Kissencer vəfat edib.
100 yaşlı Kissencerin Kannektikutdakı öz evində dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, amerikalı dövlət xadimi 1969-1975-ci illərdə ABŞ Prezidentinin Milli Təhlükəsizlik Müşaviri olub, 1973-1977 illərdə Dövlət Departamentinə rəhbərlik edib.
Vəzifədə olduğu illərdə Kissencer ABŞ-nin xarici siyasətində dominant rol oynayıb, 1973-ci ildə Vyetnamda müharibəyə son qoymalı olan Paris Sülh Sazişini imzalayıb. Elə həmin il Nobel sülh mükafatı laureatı olub.
Henri Kissincer 2001-ci ildə dünyanın 100 aparıcı ziyalısı arasında 1-ci yerdə qərarlaşıb. 2014-cü ilin oktyabrında isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi medalı ilə də təltif olunub.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
