ABŞ-nin son zərbəsi İranı necə sarsıtdı? - Yeni kəşfiyyat məlumatı üzə çıxardı ki...
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin iki əsas kəşfiyyat agentliyinin rəhbərləri İranın nüvə obyektlərinə son zərbələri nəticəsində vurulan zərərlə bağlı yeni kəşfiyyat məlumatları təqdim ediblər.
“CBS News”un xəbərinə görə, kəşfiyyat başçıları bildiriblər ki, İranın nüvə proqramı çox güman ki, illərlə geri düşüb.
Məlumatlar ABŞ Prezidenti Donald Trampın Hərbi Kəşfiyyat Agentliyinin mediaya sızmış ilkin qiymətləndirməsini tənqid etməsindən sonra yayımlanıb.
Xatırladaq ki, ilkin qiymətləndirmədə Tehranın nüvə proqramının cəmi bir neçə ay geri düşdüyü iddia olunurdu.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff deyib ki, kəşfiyyat məlumatları İranın nüvə proqramının son zərbələr nəticəsində ciddi şəkildə zədələndiyini göstərir.
Öz növbəsində Milli Kəşfiyyatın direktoru Tulsi Gabbard sosial media platformasında yazıb ki, yeni kəşfiyyat məlumatı Prezident Donald Trampın dəfələrlə dediyini təsdiqləyir: İranın nüvə obyektləri məhv edilib.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
