ABŞ “nüvə savaşı”nda qalib gəldi? - “İranın bunu etməsi mümkün deyil!”
Yeniliklərdən dərhal xəbərdar olun
“Vaşinqton əmindir ki, İranın nüvə obyektlərinə zərbələr Tehranı uranı zənginləşdirmək imkanından məhrum edib”.
Bunu “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
ABŞ rəsmisi bildirib: “Bizə İranın uranı zənginləşdirmək qabiliyyətini məhv etmək tapşırılmışdı. Biz bunu etdik.
Hətta nüvə materiallarını gizlətsələr belə, onları silahlandırmaq tamamilə qeyri-mümkün olardı, çünki biz İsfahandakı konversiya obyektini məhv etdik”. Uitkoff mediada Amerika kəşfiyyatının İranın nüvə proqramının əsas komponentlərini tamamilə məhv edə bilmədiyinə dair yayılan məlumatlara da münasibət bildirib:
“İran üçün nüvə proqramını bərpa etmək demək olar ki, mümkün olmayacaq. Mənim və bir çox ekspertlərin fikrincə, bu, illər çəkə bilər. İranda bizi narahat edən üç obyekt var idi.
İsfahandakı uranın çevrilmə obyekti tamamilə dağıdılıb. Natanzda biri yeraltı və biri yerüstü olan daha iki nüvə reaktoru var idi. Onları məhv etdiyimizi bilirik”.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
