ABŞ ölkəni könüllü tərk edən qanunsuz miqrantlara 3000 dollar ödəyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatları administrasiyası ölkəni könüllü tərk edən qanunsuz immiqrantlar üçün mükafatı 3000 dollara qədər artırmaq qərarına gəlib.
Bu barədə ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem açıqlama verib.
Nazir sözügedən ödənişin bu ilin sonuna qədər könüllü olaraq ölkədən getmək qərarına gələnlərə aid olduğunu bildirib.
"Bu bayram mövsümündə ABŞ vergi ödəyiciləri qanunsuz immiqrantların ölkəni könüllü tərk etmələri üçün stimulu üçqat artırıblar. İlin sonuna qədər “CBP Home” tətbiqindən istifadə edərək ölkəni tərk edən qanunsuz immiqrantlar 3000 dollar bonus almaq hüququna malik olacaqlar", – deyə nazir əlavə edib.
Həmin şəxslərin təyyarə bileti də ABŞ hökuməti tərəfindən ödəniləcək. Bundan əlavə, immiqrasiya pozuntularına görə cərimələr və digər cəzalar da bağışlanacaq.
Qeyd edək ki, bu ilin yanvar ayından bəri 1,9 milyon qanunsuz immiqrant ABŞ-ni könüllü şəkildə tərk edərək öz ölkəsinə qayıdıb.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
