ABŞ Ordusu Yəməni bombaladı | Hansı ərazilər hədəfə alındı?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ ordusu Yəmənə hücumlar həyata keçirib.
Havadan edilən hücumlar zamanı husi üsyançılarının nəzarəti altında olan ərazilərlə yanaşı, Yəmənin paytaxtı Səna şəhəri də hədəfə alınıb.
Hadisə nəticəsində azı 7 nəfər yaralanıb. Əlavə olaraq, Qırmızı dənizin liman şəhəri hesab olunan Hodeyda, üsyançıların müqavimətinin güclü sayıldığı əyalətlər də hücumlara məruz qalıb. Üsyançılara məxsus “Al-Masirah” peyk xəbər şəbəkəsi də azı 19 zərbədən sonra çöküb.
Ağ Evdən Yəmənə ilkin razılıq olmadan hücum etmək səlahiyyətinə malik olan ABŞ ordusunun Mərkəzi Komandanlığı Yəmənə hücumla bağlı açıqlama verməyib. Bayden administrasiyasının dövründə həyata keçirilən bütün əməliyyatlara dair informasiya verən qurum indiki situasiyada səssiz qalmağı seçib.
#ABŞ Ordusu teqi istifadə olunub
- İrana qarşı 96 saatlıq hücum iddiası
- ABŞ ucuz raketlərlə Çin donanmasının müdafiəsini yarmağı hədəfləyir
- ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
