ABŞ ordusunda böhran: artıq ordunu istəmirlər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də aparılan son sorğular göstərir ki, ABŞ böyük müharibəyə qoşulsaydı, amerikalı yeniyetmələrin əksəriyyəti ordu sıralarına qoşulmazdı.
Son illər ölkədə orduya işə qəbulla bağlı göstəricilər də xeyli azalıb. Üstəlik, orduda xidmət edənlərin əməkhaqqları da xeyli aşağı düşüb və əksər amerikalı daha yüksək gəlir paketləri axtarır. Halbuki, ABŞ öz hərbi gücü ilə hər zaman fəxr edib və bunun təbliğatını aparıb.
Ümumiyyətlə, peşəkar ordunun olduğu dövlətlərdə insanlar əsasən bir neçə məsələyə görə ordu sıralarına qoşulur. Birincisi, işsizlik, ikincisi, ordunun həbsdən boyun qaçıran cinayətkarlar üçün sığınacaq rolu oynaması, üçüncüsü isə vətənpərvərlik hisslərinin təbliğatı. Lakin müasir dövrdə Qərb dövlətlərinin vətəndaşları üçün bu anlayışlar artıq arxa plana keçib və xüsusi əhəmiyyət kəsb etmir.
Görünür, sadalanan faktların nəticəsidir ki, artıq Pentaqon hərbi xidmət qarşılığında həbsdən qurtulmaq imkanı qazanan cinayətkarların yuvasına çevrilib. Bir sözlə, ordudakı daxili böhran və xaos hər gün öz mənfi təsirini daha çox göstərir. Bu isə beynəlxalq münasibətlər sistemində bəlkə də yeni dövrün başlanğıcıdır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
