ABŞ Prezidenti Donald Trampın Türkiyəyə rəsmi səfəri planlaşdırılır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə Türkiyə və bu ölkənin həmkarı Rəcəb Tayyib Ərdoğan barədə bir sıra açıqlamalar verib.
ABŞ rəhbəri Türkiyə lideri ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olmasından danışıb. "Ərdoğan mənim dostumdur. O, çox güclü insandır", – Tramp deyib.
O əlavə edib ki, Ərdoğana hörmət əlaməti olaraq NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısında iştirak edəcək: "NATO-nun Ankarada keçiriləcək Zirvə toplantısını buraxa bilərdim. Ərdoğana hörmət əlaməti olaraq oraya gedirəm".
Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrin satışı ilə bağlı suala "Türkiyəni məmnun edəcək bir şey edəcəyəm" deyə cavab verib.
ABŞ lideri Türkiyənin regional və qlobal əhəmiyyətini vurğulayıb: "İnsanlar Türkiyənin nə qədər böyük olmasının fərqində deyillər. Türkiyədən bəhs olunduqda ağlıma ilk olaraq Ərdoğan gəlir".
Tramp əlavə edib ki, İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək qərarı danışıqların bütün gedişatını dəyişdirər və ABŞ ilə razılaşmanın qarşısını alardı: "Bu mənim üçün qəbuledilməz olardı. Çünki bizim çoxlu boğazlarımız var və əgər siz bunu onlar üçün etsəydiniz, onda eyni addımı digərləri üçün də atmalı olardınız".
Donald Tramp onu da bildirib ki, ABŞ-nin NATO-dakı avropalı müttəfiqlərinin puluna yox, yalnız sədaqətinə ehtiyacı var: "Mən sadəcə onların bizə sadiq qalmasını istəyirəm. Bizə onların pulu lazım deyil. Bizə heç nə lazım deyil. Bizdə şübhəsiz ki, dünyanın ən güclü ordusu var. Amma mən sadəcə sədaqət istəyirəm".
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
